Xəbər lenti
Dəmir yumruq » Dünya » Braziliya polisi aeroportda partlayış törətməkdə şübhəli bilinən şəxsi saxlayıb
Dünya / 26-12-2022, 03:09

Braziliya polisi aeroportda partlayış törətməkdə şübhəli bilinən şəxsi saxlayıb

Braziliya polisi ölkənin paytaxtında Beynəlxalq Hava Limanında partlayış törətmək cəhdində şübhəli bilinən şəxsi saxlayıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, saxlanılan şəxs ölkənin şimalındakı Para əyalətindən gələn 54 yaşlı iş adamıdır. O, hakimiyyətdən getməkdə olan Prezident Jair Bolsonarunun tərəfdarlarının aksiyasında iştirak etmək üçün paytaxta gəlib. Xatırladaq ki, oktyabrın 30-da Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda Luis İnasiu Lula da Silva qalib gəlib.

Şübhəli qismində saxlanılan iş adamının qaldığı mənzildən iki tüfəng, avtomat, bir pulemyot və bir neçə tapança, həmçinin döyüş sursatı və partlayıcı maddələr aşkar edilib.

Polisin bildirdiyinə görə, şübhəli şəxs silahı şəxsi avtomobilində gətirib. Partlayıcı isə ona daha sonra çatdırılıb. İstintaq təfərrüatları öyrənir və saxlanılan şəxsin mümkün tərəfdaşlarını müəyyənləşdirir. Saxlanılan şəxs etiraf edib ki, onun məqsədi Bolsonaronun tərəfdarlarının hərəkətinə ictimaiyyətin diqqətini cəlb etmək üçün aeroportda partlayış törətmək olub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.