Xəbər lenti
Dəmir yumruq » Dünya » İspaniyada aviaşirkət işçilərinin tətili səbəbindən 70-dək reys təxirə salınıb
Dünya / 23-12-2022, 13:19

İspaniyada aviaşirkət işçilərinin tətili səbəbindən 70-dək reys təxirə salınıb

İspaniyanın “Vueling” və “Air Nostrum” aviaşirkətlərinin əməkdaşlarının tətili səbəbindən 70-dək aviareys təxirə salınıb.

AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, maaşlarının artırılmasını tələb edən etirazçıların başladığı tətil xüsusilə Santyaqo de Compostela, Malaqa, Grand Canarya, Murcia, İbiza, Madrid və Palma-de-Malyorka şəhərlərindəki hava limanlarına təsir edir. Milad həftəsində keçirilən və planlaşdırılmış uçuşların 20 faizinə təsir göstərdiyi bildirilən tətil çox sayda turistin səyahət planlarının dəyişməsinə səbəb olub.

Həmkarlar ittifaqları tərəfindən verilən açıqlamalarda bildirilib ki, şirkətlərin əməkdaşları COVID-19 dövründə kəsilən maaşlarının artırılmasını və iş şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər. Artıq Madridin Barajas hava limanının təhlükəsizlik işçiləri də maaşların artırılması tələbi ilə müddətsiz tətilə başlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.