Dəmir yumruq » Dünya » NATO-nun Baş katibi BVF-in yeni rəhbəri ola bilər
Dünya / 22-12-2022, 02:57

NATO-nun Baş katibi BVF-in yeni rəhbəri ola bilər

NATO-nun Baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri ola bilər. Bu barədə Norveçin TV2 telekanalı NATO-dakı mənbəyə istinadla məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Stoltenberqin yeni vəzifəyə təyin olunması onun Şimali Atlantika Alyansının rəhbəri kimi səlahiyyət müddəti başa çatdıqdan sonra ola bilər. Stoltenberqin 2023-cü il oktyabrın 1-də bu NATO-nun Baş katibi vəzifəsindən gedəcəyi gözlənilir.

Telekanal mənbəyə istinadla bildirib ki, ABŞ Stoltenberqi Beynəlxalq Valyuta Fondunun rəhbəri kimi görmək istəyir.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.