Xəbər lenti
Dəmir yumruq » Dünya » Serbiya əhalisinin sayı təxminən yarım milyon nəfər azalıb
Dünya / 22-12-2022, 02:53

Serbiya əhalisinin sayı təxminən yarım milyon nəfər azalıb

Son 11 ildə Serbiyada əhalinin sayı 7 faizədək azalıb.

AZƏRTAC xəbər verir ki, Serbiya Statistika İdarəsi oktyabrda keçirilmiş siyahıyaalmanın ilkin nəticələrini açıqlayıb. Məlumata görə, Serbiya əhalisinin sayı 2011-ci ildəki son siyahıyaalma ilə müqayisədə 6,9 faiz azalaraq 6 milyon 690 min 887 nəfərə düşüb.

Əvvəlki siyahıyaalmada əhalinin sayı 7 milyon 186 min 862 nəfər idi.

Ölkədə əhalinin sayı paytaxt Belqraddan başqa bütün bölgələrdə azalıb. Belə ki, paytaxt əhalisinin sayı 2011-ci illə müqayisədə 26 min 123 nəfər artaraq 1 milyon 685 min 563 nəfərə çatıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.