Xəbər lenti
Dəmir yumruq » Dünya » Çin 2023-cü ildən “AERO Asia” sərgisini müntəzəm keçirəcək
Dünya / 22-12-2022, 02:52

Çin 2023-cü ildən “AERO Asia” sərgisini müntəzəm keçirəcək

Çinin cənubundakı Çjuxay şəhərindəki “Airshow China” beynəlxalq aviasalonu 2023-cü ildən “AERO Asia” sərgisini mütəmadi təşkil edəcək. Bu barədə “China Daily” qəzeti məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, gələn il noyabrın 23-26-da ilk “AERO Asia” sərgisi təşkil ediləcək. Daha sonra bu irimiqyaslı tədbir bir ildən bir keçiriləcək.

Sərginin həmtəşkilatçısı Almaniyanın “AERO Friedrichshafen” şirkətidir. “AERO Asia” sərgisinin qlobal aviasiya sənayesinin inkişafı üçün yeni imkanlar və stimullar yaradacağı gözlənilir.

Çinin ən böyük aerokosmik salonu olan “Airshow China” dənizkənarı Çjuxay şəhərində müxtəlif ölkələrdən bir neçə yüz şirkətin iştirakı ilə təşkil edilir. Sərginin əsas mövzusu hərbi və mülki aviasiya, kosmik, naviqasiya və radar avadanlıqları, aviasiya silahları, raket mühərrikləri, atəşə nəzarət və hava hücumundan müdafiə sistemləridir. Bu il sərgi noyabrın 8-dən 13-dək keçirilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.