Xəbər lenti
Dəmir yumruq » Dünya » Quş qripi: Avropa tarixinin “ən dağıdıcı” epidemiyasını yaşayır
Dünya / 21-12-2022, 03:06

Quş qripi: Avropa tarixinin “ən dağıdıcı” epidemiyasını yaşayır

Bir ildən artıqdır ki, Avropada quş qripi epidemiyası tüğyan edir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu, indiyədək “Köhnə qitə”də müşahidə olunan “ən dağıdıcı” quş qripi epidemiyasıdır.

Səhiyyə orqanlarının son məlumatlarına görə, 2021-ci ilin oktyabrından 2022-ci ilin sentyabrınadək qitənin 37 ölkəsinin virus aşkar edilən 2500-dən çox təsərrüfatında təqribən 50 milyon ev quşu (toyuq, ördək, hinduşka və sair) məhv edilib. Lakin rəqəmin bundan daha böyük olduğu ehtimal edilir.

Qeyd olunur ki, epidemiyanın yayılma sürəti azalmır, əksinə, qışın gəlişi ilə əlaqədar daha da artır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.