Xəbər lenti
Dəmir yumruq » Dünya » Makronun dünya çempionatının oyunlarına getməsi 500 min avroya başa gəlib
Dünya / 19-12-2022, 06:41

Makronun dünya çempionatının oyunlarına getməsi 500 min avroya başa gəlib

Fransa Prezidenti Emmanuel Makronun Qətərdə keçirilən futbol üzrə dünya çempionatında milli komandanın iştirak etdiyi oyunları izləmək üçün Qətərə səfərləri dövlət xəzinəsinə 500 min avroya başa gəlib.

AZƏRTAC “Le Point” jurnalına istinadla xəbər verir ki, bu məbləğ Fransanın dövlət başçısının səyahət üçün istifadə etdiyi “Airbus A330” və “Falcon 7X” təyyarələrinin uçuşunun bir saatlıq orta qiymətinə dair Hesablama Palatasının və Yelisey Sarayının məlumatlarına əsaslanır. Hesablama zamanı son illərin yüksək inflyasiyası nəzərə alınmayıb.

Emmanuel Makron yarımfinal matçından sonra Dohadan Avropa İttifaqının sammitinin keçirildiyi Brüsselə və oradan Parisə uçub. Finaldan sonra isə Fransa prezidentinin Parisə yox, Misir və İordaniyaya gedəcəyi bildirilir. Hesablamada Emmanuel Makronun İordaniya və Misirə səfərləri nəzərə alınmayıb. Onun təyyarəsinin bütün marşrutları nəzərə alınsa, həmin dövr ərzində səyahətlərin ümumi xərci 812 min avroya yüksələcək.

Fransa final oyununda Argentinaya penaltilər seriyasında məğlub olub. Dünya çempionatını Fransada yayımlayan TF1 telekanalının məlumatına görə, final matçını ekranlardan rekord miqdarda - 24 milyon tamaşaçı izləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.