Xəbər lenti
Dəmir yumruq » Dünya » Sorğu: İstifadəçilərin yarıdan çoxu Maskın “Tviter”ə rəhbərlik etməsini istəmir
Dünya / 19-12-2022, 06:37

Sorğu: İstifadəçilərin yarıdan çoxu Maskın “Tviter”ə rəhbərlik etməsini istəmir

İlon Maskın bazar günü tviter sosial şəbəkəsində təşkil etdiyi sorğu başa çatıb. Sorğu iştirakçılarının 57,5 faizi milyarderin “Tviter” kompaniyasının rəhbəri postundan getməsinin lehinə, 42,5 faizi isə əleyhinə səs verib.

AZƏRTAC xəbər verir ki, amerikalı biznesmenin 12 saat davam edən sorğusunda 17,5 milyondan çox istifadəçi iştirak edib. İlon Mask sorğunu təqdim edərkən səsvermənin nəticələrini rəhbər tutacağına vəd verib.

Qeyd edək ki, İlon Mask eyniadlı sosial şəbəkəyə malik “Tviter” kompaniyasını oktyabrın 27-də 44 milyard dollara satın alıb. Qısa müddətdən sonra baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqal da daxil olmaqla, rəhbərliyin bir sıra üzvləri işdən çıxarılıb. Mask, həmçinin direktorlar şurasını ləğv edib və kompaniyanın yeganə rəhbəri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.