Papa Fransisk: Ukraynadakı münaqişə dünya müharibəsidir
Qısa müddət ərzində Ukraynadakı münaqişənin sonunu görmürəm, çünki bu, dünya müharibəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.
“Bunu unutmayaq. Artıq müharibədə iştirak edən bir neçə “əl” var. Bu, qlobal xarakter daşıyır. Mənə elə gəlir ki, burada çoxlu maraqlar var”, - deyə Papa Fransisk qeyd edib.
Ukraynada baş verənlərə dəfələrlə öz etirazını bildirdiyini deyən Roma Katolik Kilsəsinin rəhbəri vurğulayıb: “Mən bacardığımı edirəm. Onlar qulaq asmırlar. Ukraynada baş verənlər dəhşətlidir. Böyük qəddarlıq var. Bu, çox ciddidir. Mən bunu hər zaman qınayıram”.