Xəbər lenti
Dəmir yumruq » Dünya » İtaliyalı nazir: Enerji qiymətlərinin aşağı düşməsi qeyri-realdır
Dünya / 18-12-2022, 15:31

İtaliyalı nazir: Enerji qiymətlərinin aşağı düşməsi qeyri-realdır

Mart ayına qədər enerji qiymətlərinin aşağı düşəcəyini gözləmək real deyil.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın iqtisadiyyat və maliyyə naziri Ciankarlo Ciorcetti deyib.

Nazir Ukrayna müharibəsinin tezliklə bitəcəyini və gələn ilin mart ayınadək enerji qiymətlərinin ucuzlaşacağını gözləməyin real olmadığını bildirib. O, İtaliya hökumətinin ev təsərrüfatlarını və müəssisələri enerji qiymətlərindəki artımdan qorumaq üçün mexanizm üzərində işlədiyini, bu mexanizmin gələn ilin yazında qüvvəyə minməsinin gözlənildiyini qeyd edib.

C.Ciorcetti deyib ki, dövlət vəsaitlərinin idarə olunması ilə bağlı daha diqqətli davranılmalı və real iqtisadiyyat üçün nəticələri qiymətləndirilməlidir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.