Dəmir yumruq » Dünya » Heqset xəbərdarlıq etdi: İran tankerləri məhv ediləcək
Dünya / 6-09-2026, 10:32

Heqset xəbərdarlıq etdi: İran tankerləri məhv ediləcək

 

Hücumlar davam edəcəyi təqdirdə İranın tankerləri məhv ediləcək.
 
Demiryumruq.az xəbər verir ki, bunu ABŞ-ın hərbi naziri Pit Heqset deyib.
 
"Əgər İran ABŞ gəmilərinə atəş açsa, biz də onların tankerlərini məhv edəcəyik. Onların etməli olduğu tək şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır. İranın nə donanması, nə də hava qüvvələri var. Təyyarələrimiz, gəmilərimiz və sualtı qayıqlarımız hamısına zərbə endirə bilər", - Heqset bildirib.
 
Qeyd edək ki, SEPAH Hörmüzdə ABŞ-ın 3 gəmisinə və icazəsiz hərəkət edən 3 tankerə hücum etdiyini açıqlamışdı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.