Dəmir yumruq » Dünya » Avropa Rusiya ilə müharibəyə tab gətirə bilməyəcək
Dünya / 6-09-2026, 08:28

Avropa Rusiya ilə müharibəyə tab gətirə bilməyəcək

 

NATO-nun hərbi planlayıcıları AB ölkələrində hazırlığın olmaması səbəbindən Avropa ilə Rusiya arasında uzunmüddətli müharibənin potensial ssenarisindən narahatdırlar.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə “Quardian” nəşrində dərc olunan məqalədə bildirilib.
 
Məqalədə vurğulanıb ki, Avropa Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməz.
 
Bildirilib ki, NATO ilə işləyən hərbi ekspertlər Avropa hərbi koordinasiyasının gələcəyi ilə bağlı keçirilən konfrans zamanı AB rəsmilərini Rusiyaya qarşı informasiya hücumunu gücləndirməyə çağırıblar.
 
Qeyd olunur ki, ekspertlərin təklifləri AB ölkələrinin nazirlərini hazır olmayan seçiciləri müdafiənin maliyyələşdirilməsi üçün sosial xərclərin azaldılmasının zəruriliyinə inandırmaq kimi arzuolunmaz vəzifə ilə üz-üzə qoyub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.