İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib.
Demiryumruq.az xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.
"Bu bölgələrdə eşidilən səslər Hörmüz boğazında qaydaları pozan gəmilərin cəzalandırılmasından qaynaqlanır və regionda heç bir partlayış baş verməyib", - məlumatda qeyd olunub.
Hücumun təfərrüatı barədə məlumat verilməyib.
***
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ-ın 3 gəmisinə və üç neft tankerinə hücum etdiyini elan edib.
“SEPAH Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında icazəsiz marşrutlarla hərəkət edən üç neft tankerini və Amerikaya məxsus üç gəmini vurub", - məlumatda bildirilib.
Qeyd olunur ki, hücumlar ABŞ-ın İran tankerlərinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.