Dəmir yumruq » Dünya » Trampdan tarixi üçtərəfli sazişə - Reaksiya
Dünya / 17-08-2026, 09:06

Trampdan tarixi üçtərəfli sazişə - Reaksiya

 

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan üçtərəfli müdafiə sazişini şərh edib. 

O bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

“Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın bu yaxınlarda birgə müdafiə haqqında Məkkə sazişini imzaladığına görə çox şadam. Bu, Yaxın Şərqin necə birləşdiyini və ölkələrin nəhayət özlərini daha səmərəli şəkildə müdafiə edə biləcəyini göstərir. Adıçəkilən üç ölkənin böyük rəhbərliyini təbrik edirəm. Bu, böyük, cəsarətli və mühüm ilk addımdır”, - paylaşımda deyilir.

Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişi imzalanıb. Sənədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.