Dəmir yumruq » Dünya » NATO Ankara Bəyannaməsini qəbul etdi
Dünya / 8-07-2026, 20:08

NATO Ankara Bəyannaməsini qəbul etdi

 

Ankarada keçirilən NATO Liderlər Sammitinin yekununda "Ankara Bəyannaməsi" qəbul edilib.
 
Demiryumruq.az xəbər verir ki, Bəyannamədə müttəfiqlər kollektiv müdafiəyə və transatlantik birliyə sadiqliklərini bir daha təsdiqləyiblər.
 
Sənəddə Rusiyanın Avro-Atlantik təhlükəsizliyinə yaratdığı uzunmüddətli təhdid fonunda müdafiə imkanlarının gücləndiriləcəyi, 50 milyard ABŞ dollarından çox dəyərində yeni müdafiə satınalmalarının həyata keçiriləcəyi bildirilib.
 
NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardım və təlim məqsədilə 70 milyard avro ayrılacağını, 2027-ci ildə də ən azı eyni səviyyədə dəstəyin saxlanılacağını bəyan ediblər.
 
Bəyannamədə həmçinin İranın nüvə silahına malik olmamalı olduğu vurğulanıb və Tehran Hörmüz boğazında naviqasiya azadlığına hörmət etməyə çağırılıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.