Dəmir yumruq » Dünya » İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi
Dünya / Bugün, 12:22

İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

 

İran Hörmüz boğazı ilə bağlı ciddi xəbərdarlıq edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi X hesabında yazıb.
 
“Hörmüz boğazı regiondan kənar güclərin hərbi nümayişi üçün meydan deyil. İran Hörmüz boğazının təhlükəsizliyinə zəmanət verən və məsuliyyətli bir güc olarq bu həssas keçiddə istənilən hərbi hərəkətlə bağlı xəbərdarlıq edir”, - deyə o bildirib.
 
Nazir müavini əlavə edib ki, Hörmüz boğazının təhlükəsizliyi sahilyanı dövlətlərə aiddir. Gərginlik yaradan tərəflər özləri məsuliyyət daşıyacaqlar. Bu ciddi xəbərdarlıqdır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.