Dəmir yumruq » Dünya » Krıma DƏHŞƏTLİ HÜCUM: Kerç yarımadası YANIR
Dünya / Bugün, 08:11

Krıma DƏHŞƏTLİ HÜCUM: Kerç yarımadası YANIR

 

Krım yarımadası iyunun 23-nə keçən gecə kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Ən ciddi dağıntı və ziyanın Kerç yarımadasında qeydə alındığı bildirilir. Hücum zamanı "Kavkaz" limanı və bir sıra digər mühüm obyektlər vurulub.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mediası OSINT (açıq kəşfiyyat) kanallarına istinadən məlumat yayıb.

İlkin olaraq yerli sosial şəbəkə hesablarında Sovetski rayonundakı "Nasosnaya-2" yarımstansiyasında yanğın baş verdiyi barədə məlumatlar yayılıb.

Daha sonra Krım sakinləri "TES-Terminal" neft məhsullarının saxlanması kompleksinə kütləvi dron zərbələrinin endirildiyini xəbər veriblər.

Hücum zamanı "Kavkaz" limanı da atəşə tutulub və nəticədə oradakı neft bazasında güclü yanğın başlayıb.

Sözügedən obyektlərə edilən hücumun fəsadlarını əks etdirən videogörüntülər artıq sosial şəbəkələrdə geniş yayılıb.

Peyk görüntülərinə istinadən verilən monitorinq hesabatlarında qeyd olunur ki, gecə reydindən sonra Kerç yarımadasında, eləcə də "Kavkaz" limanında bir neçə nöqtədə yanğınlar qeydə alınıb.

Eyni zamanda, Kerçin girişində, şəhərin özündə yerləşən "Cənub" (Yujnaya) dəmir yolu vağzalında və Baqerovo yaşayış məntəqəsinin yaxınlığında da yanğınların başladığı bildirilir. Hadisə fonunda strateji əhəmiyyətli Kerç (Krım) körpüsündə hərəkət tamamilə məhdudlaşdırılıb və ərazidə yenidən dron təhlükəsi elan edilib.

Son dövrlərdə Krım yarımadası intensiv hücumlara məruz qalır. Atəşə tutulan bir çox hərbi və infrastruktur obyektlərində yanğınlar qeydə alınır, şəhər və qəsəbələr tez-tez işıqsız qalır. Yarımada sakinləri davam edən hava həyəcanı siqnallarından və hücumlardan şikayətlənərək daha təhlükəsiz bölgələrə köçmək məcburiyyətində qaldıqlarını bildirirlər.

Xatırladaq ki, iyunun 20-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Krımdakı dörd qaz-kompressor stansiyasına uğurlu zərbələr endirib. 

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.