Dəmir yumruq » Dünya » ABŞ-İran danışıqları ləğv edildi - KİV
Dünya / 19-06-2026, 07:58

ABŞ-İran danışıqları ləğv edildi - KİV

 

ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli olan danışıqlar baş tutmayacaq. 
 
Demiryumruq.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İsveçrənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
 
Görüşün ləğv edilməsinin səbəbi, həmçinin yeni tarix barədə məlumat verilmir. 
 
Xatırladaq ki, daha əvvəl iyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundunun keçirilməsi planlaşdırılırdı. Lakin sonradan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin təxirə salındığı açıqlanmışdı

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.