Dəmir yumruq » Dünya » Nikolas Maduronun məhkəmə iclası təxirə salınır: Səbəbi açıqlandı
Dünya / Bugün, 09:01

Nikolas Maduronun məhkəmə iclası təxirə salınır: Səbəbi açıqlandı

 

ABŞ-nin Federal Prokurorluğu Nyu-York məhkəməsinə müraciət edərək, Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun işi üzrə növbəti məhkəmə iclasının iyun ayından iyulun sonuna keçirilməsini xahiş edib.

Demiryumruq.az xəbər verir ki, bu barədə Nyu-York ştatının Cənub dairəsi üzrə prokuroru Cey Kleyton tərəfindən imzalanmış sənəddə qeyd olunub.

"ABŞ hökuməti müdafiə tərəfinin razılığı ilə növbəti prosessual iclasın 30 iyun 2026-cı il tarixindən 22 iyul 2026-cı il tarixinə təxirə salınmasını tələb edir", - deyə yazıda bildirilib. İttiham tərəfi bu addımı onunla əsaslandırıb ki, iş üzrə əldə edilən yeni materialların müdafiə tərəfinə təqdim olunması və cavabdehin vəkilləri tərəfindən araşdırılması üçün əlavə vaxta ehtiyac var.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesueladakı hərbi və mülki obyektlərə hücum edərək Maduro və həyat yoldaşı Siliya Floresi ələ keçirib və ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub dairəsinin federal məhkəməsi qarşısına çıxarılıblar. Onlara qarşı narkotik ticarətində iştirakla bağlı ittihamlar irəli sürülüb. N.Maduro və həyat yoldaşı bu ittihamları rədd edərək özlərini təqsirli bilməyiblər. Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini əvvəllər icraçı vitse-prezident vəzifəsində çalışmış səlahiyyətli prezident Delsi Rodriges həyata keçirir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.