Dəmir yumruq » Dünya » Seçkilərin yekun nəticələri sabah açıqlanacaq
Dünya / Dün, 18:38

Seçkilərin yekun nəticələri sabah açıqlanacaq

 

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) sabah axşam saat 18:00-da iclas seçkilərin yekun nəticələrini elan edəcək.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Ermənistan MSK məlumat yayıb.
 
Məlumata görə, iclas zamanı həmçinin 3 seçki məntəqəsində səsvermənin yenidən keçirilməsi məsələsi müzakirə olunacaq.
 
Bununla yanaşı, MSK üzvləri müxalifət bloklarının müraciətlərinə də baxacaqlar. Belə ki, iclasda “Güclü Ermənistan” və “Birlik Qanadları” partiyalarının seçkilərin nəticələrinin ləğv edilməsi və səsvermənin etibarsız sayılması ilə bağlı komissiyaya təqdim etdiyi rəsmi şikayət ərizələri ətrafında müzakirələr aparılacaq və yekun qərar veriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.