Dəmir yumruq » Dünya » ABŞ və İran arasında memorandum bu tarixlərdə imzalana bilər
Dünya / 12-06-2026, 15:03

ABŞ və İran arasında memorandum bu tarixlərdə imzalana bilər

 

ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin əvvəlində imzalana bilər. 
 
Demiryumruq.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrə istinadən məlumat yayıb.
 
İmzalanmanın Fransada keçiriləcək “Böyük Yeddilik” (G7) sammitinin günlərində - 15-17 iyun tarixləri arasında baş tuta biləcəyi bildirilir. Memorandumun imzalanması üçün mümkün yer kimi İsveçrənin Cenevrə şəhərinin nəzərdən keçirildiyi iddia olunur. 
 
Sammit isə Fransanın Alp dağlarının ətəyində yerləşən Evian şəhərində keçiriləcək. 
 
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla müharibəyə son qoyduqlarını, nüvə silahı məsələsində razılığın əldə olunduğunu bəyan edib. İran tərəfi də anlaşma memorandumunun əsas bəndlərinin razılaşdırıldığını təsdiqləyib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.