Dəmir yumruq » Dünya » Rusiyadan İrana xəbərdarlıq: Qəbuledilməzdir!
Dünya / 12-06-2026, 08:28

Rusiyadan İrana xəbərdarlıq: Qəbuledilməzdir!

 

Moskva Yaxın Şərq münaqişəsinin tərəflərini regionda tammiqyaslı müharibəni yenidən başlada və münaqişənin həlli üçün davam edən səyləri poza biləcək addımlardan çəkinməyə çağırır.

Demiryumruq.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəhreynli həmkarı Əbdüllətif bin Rəşid əz-Zəyani ilə danışıqlardan sonra verdiyi açıqlamada deyib.

"Rusiya tərəfləri tammiqyaslı müharibəni yenidən başlada və fikir ayrılıqlarının aradan qaldırılması üçün davam edən səyləri poza biləcək addımlardan çəkinməyə çağırır. Rusiya Bəhreyni və digər ərəb ölkələrini suverenliyini və ərazi bütövlüyünü qorumaqda qətiyyətlə dəstəkləyir və orada yerləşən mülki infrastrukturlara hücumları qəti şəkildə qəbuledilməz hesab edir", - deyə o bildirib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.