Ermənistanda dünən keçirilən parlament seçkilərində bülletenlərin 90 faizi hesablanıb.
Demiryumruq.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Mərkəzi Seçki Komissiyası yayıb.
Saat 08:00-a olan məlumata görə, 2005 seçki məntəqəsindən 1878-inin nəticələri artıq məlumdur və ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyası səslərin 50,25 faizini toplayaraq liderdir.
Bununla yanaşı, “Güclü Ermənistan” bloku 23,31%, “Ermənistan” bloku 9,78%, “Çiçəklənən Ermənistan” partiyası” isə 4,02% səs toplayıb.
Digər partiyalar isə hələ 4 faizlik həddi keçə bilməyib.
Seçkilərdə 16 partiya və 2 blok iştirak edib.
***
Ətraflı
09:00-a olan məlumata görə, Ermənistan MSK 1963 seçki məntəqəsinin səslərini hesablayıb.
Yeni nəticələrə əsasən, “Vətəndaş müqaviləsi” partiyası səslərin 49,83 faizini toplayıb və liderliyini qoruyur.
“Güclü Ermənistan” bloku 23,35%, “Ermənistan” bloku 9,93%, “Çiçəklənən Ermənistan” partiyası isə 3,98% səs toplayıb.
***
Ermənistan MSK bütün seçki məntəqələrindəki bülletenləri hesablayıb.
İlkin nəticələrə əsasən, “Vətəndaş müqaviləsi” partiyası 49,81%, “Güclü Ermənistan” bloku 23,29%, “Ermənistan” bloku 9,94%, “Çiçəklənən Ermənistan” partiyası isə 4% səs toplayıb.
Bununla da, hər 4 partiya parlamentdə mandat sahibi olacaq.