Dəmir yumruq » Dünya » Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!
Dünya / Dün, 18:43

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ermənistan xalqını iyunun 7-də keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyana səs verməyə çağırıb.
 
Demiryumruq.az Teleqraf-a istinadən xəbər verir ki, o, Paşinyanın seçkilərdəki əsas rəqibi Samvel Karapetyanın Rusiya layihəsi olduğunu deyib.
 
Saakaşvili iddia edib ki, Ermənistan Nikol Paşinyanın rəhbərliyi altında Rusiya boyunduruğundan azad olaraq, sürətlə ABŞ və Avropaya yaxınlaşır.
 
“Siz təkcə Paşinyanla Karapetyan (erməni İvanişvili) və ya başqa biri arasında seçim etmirsiniz. Siz keçmişlə gələcək, köləliklə azadlıq, səfalətlə rifah, müharibə ilə sülh arasında seçim edirsiniz”, - Gürcüstanın sabiq prezidenti ermənilərə müraciətində bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.