Dəmir yumruq » Dünya » İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
Dünya / Dün, 10:24

İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var

 

Küveyt Beynəlxalq Aeroportunun sərnişin terminalı İrandan atılan pilotsuz uçuş aparatları (PUA) və raketlərin hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.

Bu barədə Küveyt Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Küveytin KUNA informasiya agentliyinin yaydığı rəsmi bəyanatda deyilir: 

"T1 sərnişin terminalının İrana məxsus pilotsuz uçuş aparatları və raketlərin hücumuna məruz qalmasından sonra Küveyt Beynəlxalq Aeroportunda fövqəladə hallar planı işə salınıb".

Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, hücum hava limanının bir sıra obyektlərinə "ciddi ziyan vurub" və insident zamanı yaralananlar qeydə alınıb.

Baş vermiş hadisə ilə əlaqədar olaraq hökumət növbəti bildirişə qədər bütün uçuşların dayandırılması, gələn reyslərin isə digər hava limanlarına yönləndirilməsi barədə qərar qəbul edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.