Dəmir yumruq » Dünya » TƏCİLİ: Netanyahu xəstəxanaya yerləşdirildi
Dünya / Bugün, 09:28

TƏCİLİ: Netanyahu xəstəxanaya yerləşdirildi

 

İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdəki xəstəxanalardan birinə yerləşdirilib.

Musavat.com "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.

Məlumata görə, hökumət başçısı mayın 25-i, bazar ertəsi axşam saatlarında "Hadassah Ein Kerem" Tibb Mərkəzinə aparılıb.

Netanyahunun dəftərxanasından verilən məlumatda onun stomatoloji müalicə (diş müalicəsi) keçdiyi bildirilir.

Lakin bununla bağlı heç bir əlavə təfərrüat açıqlanmır.

Nəşr qeyd edir ki, son vaxtlar baş nazirin sağlamlıq vəziyyəti ictimaiyyətin ciddi diqqət mərkəzindədir. İsrail sakinləri hökumət rəhbərini öz tibbi məlumatlarını xalqdan gizlətməkdə ittiham edirlər.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.