Dəmir yumruq » Dünya » “İranla ya böyük sövdələşmə olacaq, ya da heç nə olmayacaq”
Dünya / Bugün, 18:06

“İranla ya böyük sövdələşmə olacaq, ya da heç nə olmayacaq”

 

"ABŞ ya İranla böyük bir sövdələşmə əldə edəcək, ya da heç bir razılaşmaya getməyəcək”​.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımında deyilir.  
 
“İranla razılaşma böyük və əhəmiyyətli olacaq, ya da heç olmayacaq. Bu, Barak Obamanın uğursuz administrasiyasının hazırladığı Birgə Hərtərəfli Fəaliyyət Planı fəlakətinin tam əksi olacaq”, - o yazıb. 
 
Tramp Birgə Hərtərəfli Fəaliyyət Planının İranın nüvə silahı əldə etməsinə yol açdığını, indiki ABŞ administrasiyasının isə buna imkan verməyəcəyini diqqətə çatdırıb.
 
Xatırladaq ki, 2015-ci ildə İngiltərə, Çin, Fransa, Almaniya, Rusiya, ABŞ və İran Tehranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan saziş (Birgə Hərtərəfli Fəaliyyət Planı) imzalayıb.
 
Trampın əvvəlki prezidentliyi dövründə ABŞ 2018-ci ilin mayında Birgə Hərtərəfli Fəaliyyət Planından çıxıb və Tehrana qarşı sanksiyaları yenidən tətbiq edib. İran bunun müqabilində nüvə tədqiqatları və uranın zənginləşdirilməsi səviyyələrinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərini tədricən azaltdığını qeyd etmişdi.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.