Dəmir yumruq » Dünya » Fransa İsrail səfirini XİN-ə çağırır - İzahat tələb ediləcək
Dünya / Dün, 07:54

Fransa İsrail səfirini XİN-ə çağırır - İzahat tələb ediləcək

 

İsrailin Fransadakı səfiri Coşua Zarka Sumud donanmasının fəallarının təhqir edilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılacaq.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
 
O, səfirdən izahat tələb ediləcəyini və Fransa vətəndaşlarının dərhal azad edilməsini istəyəcəyini vurğulayıb:
 
"Onlara hörmətlə yanaşmaq və mümkün qədər tez azad etmək lazımdır".
 
Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzaya humanitar yardım apardığı üçün saxlanılan Sumud donanmasının fəallarının təhqir edilməsini əks etdirən görüntüləri yayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.