Dəmir yumruq » Dünya » Ərdoğan Trampla danışdı, başsağlığı verdi
Dünya / 21-05-2026, 07:26

Ərdoğan Trampla danışdı, başsağlığı verdi

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
 
Məlumata görə, prezidentlər telefon danışığında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri gündəmə gətiriblər.
 
Ərdoğan İranla bağlı atəşkəsin müddətinin uzadılmasını, Suriyada sabitliyin bərqərar olmasını müsbət amil kimi dəyərləndirib.
 
Bundan əlavə, Ərdoğan San-Dieqo şəhərində məscidə edilən hücumla bağlı həmkarına başsağlığı verib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.