Dəmir yumruq » Dünya » Ukrayna səfirliyi bayraqlarını endirdi
Dünya / 15-05-2026, 09:07

Ukrayna səfirliyi bayraqlarını endirdi

 

Rusiyanın mayın 14-də Kiyevə hücumu nəticəsində 3-ü uşaq olmaqla 24 nəfərin həlak olması ilə əlaqədar Ukraynanın dünyanın müxtəlif ölkələrindəki diplomatik nümayəndəliklərində bayraqlar endirilib və xatirə kitabı açılıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial media hesabında paylaşım edib.
 
Diplomat faciə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib:
 
“Bu gün dünyanın müxtəlif ölkələrindəki Ukrayna diplomatik nümayəndəliklərində, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib və xatirə kitabları açılıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.