Dəmir yumruq » Dünya » "Putin Kiyev və Odessanı ələ keçirmək əmrini verdi"
Dünya / Bugün, 10:22

"Putin Kiyev və Odessanı ələ keçirmək əmrini verdi"

Rusiya Federasiyasının ali hərbi rəhbərliyinin Ukraynadakı müharibənin gedişatı ilə bağlı Prezident Vladimir Putinə verdiyi yeni vədlər və Kremlin gizli planları barədə sensasion məlumatlar yayılıb.

Demiryumruq.az xəbər verir ki, "Financial Times" nəşri Rusiya lideri ilə təmasda olan anonim mənbələrə və Ukrayna kəşfiyyatının qiymətləndirmələrinə istinadən strateji hədəflərin dəyişmədiyini yazıb.

Məlumata görə, rusiyalı generallar Putini payıza qədər bütün Donbasın tam nəzarətə götürüləcəyinə inandırıblar. Bundan dərhal sonra isə Kremlin əsas hədəfinin Kiyev və Odessa şəhərlərini ələ keçirmək olduğu bildirilir.

Qəzet yazır ki, Putin 2025-ci ilin avqustunda Alyaska sammiti zamanı Donald Trampı Ukraynanı Donbasın qalan hissəsindən imtina etməyə məcbur etmək üçün razı salmağa çalışsa da, ABŞ lideri bu sazişi Kiyevə diktə etməkdən imtina edib.

Mənbələr qeyd edir ki, cəbhədəki irəliləyişin yavaşlamasını kompensasiya etmək istəyən Putin artıq ritorikasını sərtləşdirib və atəşkəs üçün irəli sürəcəyi ərazi iddialarının "qiymətini" artırmağı planlaşdırır. İndiyədək Ukraynanı "tədricən sıxıb çıxarmaq" görüntüsü yaratmağa çalışan Kreml, indi daha aqressiv ərazi tələbləri ilə çıxış etməyə hazırlaşır.

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.