Dəmir yumruq » Dünya » ""Hizbullah"a qarşı əməliyyatlar dayandırılmayacaq"
Dünya / 11-05-2026, 09:17

""Hizbullah"a qarşı əməliyyatlar dayandırılmayacaq"

 

İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail İranla mümkün nizamlanşmanın bir hissəsi olaraq Livanda "Hizbullah"a qarşı düşmənçiliyi dayandırmağa razı olmayacaq.

Demiryumruq.az xəbər verir ki, o, bu barədə "CBS News" telekanalına müsahibədə bildirib.

Mümkün razılaşma ilə bağlı suala cavab olaraq Netanyahu bildirib ki, İsrail "Hizbullah"a qarşı əməliyyatları dayandırmağa razı olmayacaq. Lakin o, İsrailin ABŞ Prezidenti Donald Trampın belə bir tələbini yerinə yetirib-yetirməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib.

Baş nazir həmçinin İranın əhəmiyyətli dərəcədə zəifləməsinin və ya ölkədə hökumət dəyişikliyinin onun müttəfiqləri olan "Hizbullah", HƏMAS və "Ənsar Allah" hərəkatının husilərini zəiflədəcəyi fikrini bildirib.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.