Dəmir yumruq » Dünya » ABŞ-nin İran əməliyyatına hərbi xərcləri 77 milyard dolları keçib
Dünya / 11-05-2026, 08:47

ABŞ-nin İran əməliyyatına hərbi xərcləri 77 milyard dolları keçib


 

ABŞ-nin İran əməliyyatına hərbi xərcləri 77 milyard dolları keçib.

Demiryumruq.az-ın xəbərinə görə, bunu "Iran War Cost Tracker" internet resursunun məlumatları göstərir. Məlumata görə, əməliyyatın ilk altı günü Vaşinqtona 11,3 milyard dollara başa gəlib.

Hesablama zamanı şəxsi heyətin, bölgəyə göndərilən gəmilərin saxlanması, həmçini digər xərclər nəzərə alınıb.

Hesablama metodologiyası Pentaqonun Konqresə təqdim etdiyi məruzəyə əsaslanır, hesabatda əməliyyat üçün sonrakı xərclərin gündə təxminən 1 milyard dollar olduğu təxmin edilir./Report


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.