Dəmir yumruq » Dünya » 273 sərnişin daşıyan Türkiyə təyyarəsi alovlandı
Dünya / 11-05-2026, 08:33

273 sərnişin daşıyan Türkiyə təyyarəsi alovlandı

 

Türk Hava Yollarına məxsus təyyarə Katmandudakı Tribhuvan Beynəlxalq Hava Limanına eniş edərkən alovlanıb.

Demiryumruq.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət İstanbuldan uçan Airbus A330 təyyarəsindən gedir. Təyyarənin göyərtəsində 273 sərnişin və 11 ekipaj üzvü olub. Tüstülənmə aşkar edildikdən sonra təyyarədə olan hər kəs şişmə traplar vasitəsilə operativ şəkildə təxliyə edilib, hava limanının fəaliyyəti isə müvəqqəti dayandırılıb.

Məlumata görə, eniş problemsiz baş tutub, lakin təyyarə sükan yolunda hərəkət edərkən şassi hissəsində tüstü müşahidə olunub.

İlkin məlumatlara əsasən, hadisəyə hidravlik mayenin əyləc sisteminə düşməsi səbəb olub və bu da yanğına gətirib çıxarıb. Yanğınsöndürənlər alovu bir neçə dəqiqə ərzində söndürüblər.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.