Dəmir yumruq » Dünya » Təyyarəsi Ankarada təcili eniş etmişdi – İrəvana yola düşdü
Dünya / Dün, 09:15

Təyyarəsi Ankarada təcili eniş etmişdi – İrəvana yola düşdü

 

İspaniyanın Baş naziri Pedro Sançesin Madriddən İrəvana uçan təyyarəsi Ankarada təcili eniş edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “La Razon” nəşri məlumat yayıb.

“Onu (Pedro Sançesi – red.) Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana aparan təyyarə marşrutu yarımçıq dayandırmaq və gözlənilmədən Ankarada eniş etmək məcburiyyətində qalıb”, – məlumatda deyilir. 

***

“Habertürk”ün məlumatına görə, gecəni Türkiyə paytaxtında hotellərin birində keçirən Sançesin təyyarəsi bu gün səhər saatlarında Ankaranı tərk edib.

Bildirilib ki, İspaniya Baş naziri və nümayəndə heyətinin də içərisində olduğu “Airbus A310” tipli təyyarə Esenboğa hava limanından İrəvana yola düşüb.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.