Dəmir yumruq » Dünya » Ermənistan BU ÖLKƏ ilə birgə hərbi təlimlər KEÇİRƏCƏK
Dünya / Dün, 09:26

Ermənistan BU ÖLKƏ ilə birgə hərbi təlimlər KEÇİRƏCƏK

 

Polşa Ermənistanla birgə hərbi təlimlər keçirməyi planlaşdırır.

Demiryumruq.az xəbər verir ki, bu məsələ Ermənistanın müdafiə naziri Suren Papikyanın Varşavaya səfəri və Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamışla apardığı danışıqlar zamanı müzakirə olunub.

Ermənistan KİV-lərinin yaydığı məlumata görə, tərəflər həmçinin hərbi ali məktəblər arasında əməkdaşlıq və iki ölkənin müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bundan əlavə, S.Papikyan və V.Kosinyak-Kamış Ermənistanın Varşavadakı səfirliyində hərbi attaşe ofisinin açılmasını planlaşdırıblar.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.