Polşa Ermənistanla birgə hərbi təlimlər keçirməyi planlaşdırır.
Demiryumruq.az xəbər verir ki, bu məsələ Ermənistanın müdafiə naziri Suren Papikyanın Varşavaya səfəri və Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamışla apardığı danışıqlar zamanı müzakirə olunub.
Ermənistan KİV-lərinin yaydığı məlumata görə, tərəflər həmçinin hərbi ali məktəblər arasında əməkdaşlıq və iki ölkənin müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Bundan əlavə, S.Papikyan və V.Kosinyak-Kamış Ermənistanın Varşavadakı səfirliyində hərbi attaşe ofisinin açılmasını planlaşdırıblar.