Dəmir yumruq » Dünya » Dünyaya yeni virus yayılır - Karantinlər başladı
Dünya / Dün, 09:06

Dünyaya yeni virus yayılır - Karantinlər başladı

 

İsveçrədə hantavirus infeksiyasına yoluxan şəxs xəstəxanaya yerləşdirilib.

Demiryumruq.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrədə bir kişi Zürih Universiteti Xəstəxanasında hantavirus infeksiyası səbəbindən müalicə altına alınıb. İsveçrə Federal Əhalinin Sağlamlığı İdarəsi (FOPH) yayımladığı açıqlamada Zürih Universiteti Xəstəxanasında hantavirus infeksiyasına yoluxmuş bir xəstənin olduğunu bildirib.

Açıqlamada qeyd olunub ki, xəstə həyat yoldaşı ilə birlikdə Cənubi Amerikaya səfər edib və Atlantik Okeanında sərnişin gəmisində – MV Hondius – səyahət edib. Aprel ayının sonunda İsveçrəyə qayıtdıqdan qısa müddət sonra xəstəlik əlamətləri göstərən şəxs Zürih Universiteti Xəstəxanasına müraciət edib, dərhal təcrid olunaraq müalicəyə başlanılıb.


Cenevrə Universiteti Xəstəxanasındakı referans laboratoriyada aparılan testlər hantavirus infeksiyasını təsdiqləyib. Həyat yoldaşı isə hər hansı simptom göstərmədiyi halda, qabaqlayıcı tədbir olaraq özünü karantinə alıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.