Dəmir yumruq » Dünya » Dünyada yeni pandemiya riski yaranıb? - ÜST rəhbərindən AÇIQLAMA
Dünya / 7-05-2026, 06:34

Dünyada yeni pandemiya riski yaranıb? - ÜST rəhbərindən AÇIQLAMA

 

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "Agence France-Presse" (AFP) agentliyinə açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, hazırda dünyanın qalan hissəsi üçün təhlükə səviyyəsi aşağıdır.
 
Qeyd edək ki, mayın 4-də ÜST Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığı barədə məlumat yayıb. Son məlumatlara əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.