Dəmir yumruq » Dünya » 1624 Yer kürəsi niyə yarıya bölünəcək? - Alimdən maraqlı açıqlama
Dünya / 6-05-2026, 07:55

1624 Yer kürəsi niyə yarıya bölünəcək? - Alimdən maraqlı açıqlama

 

Sakit okeanda, Vankuver adası sahillərində Şimali Amerika tavasının altına Xuan-de-Fuka və Eksplorer plitələrinin çökməsi (subduksiya) prosesi hazırda qeyri-adi şəkildə davam edir. Bu geoloji dəyişiklik uzaq gələcəkdə planet üçün ciddi təhlükələr yarada bilər.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə "LAD Bible" nəşri məlumat yayıb.
 
Alimlər standart subduksiya prosesi əvəzinə, daxilə doğru hərəkət edən daş plitənin parçalandığını müşahidə ediblər. Tədqiqatçı Brendon Şak izah edib ki, batan tektonik plitənin strukturu hazırda aktiv şəkildə hissələrə ayrılır və kiçik mikroplitələrə bölünür. Bu, tədqiqatçıların subduksiya zonasının məhv olmasını canlı müşahidə etdiyi ilk hadisədir.
 
Nəhəng qırılma xətti boyunca qaya təbəqəsi demək olar ki, tamamilə qopub. Çatın uzunluğu artıq təxminən 75 kilometrə çatır. İndiyədək bu bölgədə dağıdıcı zəlzələlərin baş verməməsinin səbəbi qopmuş qaya parçalarının bir-birinə sürtünməməsidir. Lakin çatın gələcəkdə daha da böyüməsi ehtimalı yüksəkdir ki, bu da milyonlarla ildən sonra daha ciddi fəsadlara yol aça bilər.
 
"Uzaq gələcəkdə bu geoloji proses güclü vulkan püskürmələrinə, dağıdıcı zəlzələlərə, ən ekstremal halda isə hətta okeanların yox olmasına səbəb ola bilər", - deyə Brendon Şak xəbərdarlıq edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.