Dəmir yumruq » Dünya » İran limanında DƏHŞƏT! Gəmilər YANIR - FOTO
Dünya / Bugün, 09:19

İran limanında DƏHŞƏT! Gəmilər YANIR - FOTO

 

İranın Buşəhr əyalətində yerləşən Deyer limanında bir neçə gəmidə yanğın baş verib.

Musavat.com xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

İlkin məlumata görə, yanğın əvvəlcə iki barjada başlayıb və onlardan birini söndürmək artıq mümkün olub.

Lakin alov qısa müddətdə yaxınlıqdakı digər iki taxta barjaya da keçib. Hazırda yanğınsöndürənlər alovun digər gəmilərə yayılmasının qarşısını almağa çalışırlar.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Musavat.com


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.