Vaşinqtonda, Ağ Ev yaxınlığında atışma baş verib. Hadisədən sonra ərazi hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.
Demiryumruq.az xəbər verir ki, ABŞ Məxfi Xidməti bildirib ki, insident zamanı bir nəfər hüquq-mühafizə əməkdaşları tərəfindən yaralanıb.
Yaralının vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib. Təhlükəsizlik səbəbilə Ağ Ev müvəqqəti olaraq bağlanıb. Məlumata görə, hadisə baş verən vaxt ABŞ prezidenti Donald Tramp binada çıxış edib.
Hadisənin səbəbləri araşdırılır.
Müşviq Tofiqoğlu