Təklifimizi təqdim etdik, top artıq ABŞ meydanındadır”.
Demiryumruq.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ölkəsinin Pakistan vasitəsilə ABŞ-yə təqdim etdiyi diplomatik təkliflə bağlı açıqlamasında deyib.
“İran təklifini Pakistana vasitəçi kimi təqdim edib. İndi top ABŞ-nin meydanındadır və o, münaqişəni davam etdirməyi, yoxsa diplomatiya yolunu seçməyi qərar verməlidir”, – deyə Qəribabadi qeyd edib.
O həmçinin İranın ABŞ-yə etibar etmədiyini vurğulayıb və ölkəsinin diplomatiya yolunda dürüstlüyünü qoruyacağını bildirib.