Dəmir yumruq » Dünya » Hörmüzdə blokada yarıldı
Dünya / Bugün, 07:38

Hörmüzdə blokada yarıldı

 

Marşall adalarının bayrağı altında üzən və göyərtəsində Hindistana məxsus yük olan "MT Sarv Shakti" qazdaşıyan tankeri Hörmüz boğazını təhlükəsiz şəkildə keçib və ayın ortalarına qədər Hindistana çatacağı gözlənilir.
 
Demiryumruq.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Hindistanın ANİ agentliyi məlumat yayıb.
 
Agentliyin mənbələrinin məlumatına görə, 18-i Hindistan vətəndaşı olmaqla 20 ekipaj üzvünün olduğu və 46 313 ton mayeləşdirilmiş qaz daşıyan "MT Sarv Shakti" gəmisi mayın 2-də Hörmüz boğazını keçib. Gəminin mayın 13-də Vişakhapatnama çatacağı proqnozlaşdırılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.