Rusiya daha 1,1 milyon şüşə "Cermuk" mineral suyunun satışını dayandırıb.
Demiryumruq.az xəbər verir ki, bu barədə "RBK" nəşri məlumat yayıb.
Qeyd edilib ki, məhdudiyyətlər 23 oktyabr 2025-ci il ilə 27 mart 2026-cı il arasında istehsal olunmuş məhsullara şamil edilir.
Xatırladaq ki, daha əvvəl-aprelin 28-də "Rospotrebnadzor"un "Dürüst İşarə" sistemi vasitəsilə 338.000 şüşədən ibarət partiya bloklanıb.
Agentliyin məlumatına görə, müəyyən partiyalarda etiketləmə və texniki reqlamentlərinin tələblərinə uyğun olmayan artıq miqdarda karbohidrogenlər, xloridlər və sulfatlar aşkar edilib.