ABŞ-ın apardığı danışıqlar nəticə verməsə, İrana qarşı hərbi variant nəzərdən keçiriləcək.
Demiryumruq.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar “Əl-Ərəbiyyə” telekanalına müsahibədə deyib.
O eyni zamanda qeyd edib ki, İsrail ordusu Hizbullahın hücumlarına lazım bildiyi qədər cavab verəcək:
“Livanda hökumətin və ordunun avtoriteti tam bərqərar olduqdan sonra oranı tərk edəcəyik”, - nazir əlavə edib.