Dəmir yumruq » Dünya » "Türkiyə üçün sülhün saxlanılması çox vacibdir”
Dünya / Bugün, 17:20

"Türkiyə üçün sülhün saxlanılması çox vacibdir”

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İranın atəşkəs rejimini uzatmağa meylli olduqlarını açıqlayıb.
 
Demiryumruq.az TASS-a istinadən xəbər verir ki, türkiyəli nazir tərəflərin danışıqlar mövqelərini daha dərindən işləyib hazırlamaq üçün vaxta ehtiyac duyduqlarını bildirib.
 
H. Fidan atəşkəs ilk dəfə elan olunanda ikihəftəlik müddətin bir çox vacib məsələdə razılığa gəlmək üçün kifayət etməyəcəyini öncədən proqnozlaşdırdıqlarını xatırladıb:
 
“Türkiyə tərəfi üçün sülhün qorunub saxlanılması çox vacibdir. Biz həm ABŞ-nin, həm də İranın atəşkəsi davam etdirmək əzmində olduğunu görürük”.
 
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlara cavab olaraq Tehran İsrailə və regiondakı Amerika bazalarına raket və dron zərbələri endirmişdi. Həmçinin dünya neft daşımalarının təxminən 30%-nin keçdiyi Hörmüz boğazı İran tərəfindən bağlanmışdı. Aprelin 7-dən etibarən tərəflər arasında müvəqqəti atəşkəs rejimi qüvvədədir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.