Dəmir yumruq » Dünya » İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var
Dünya / Bugün, 11:47

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

İranda polis patrul xidmətinə hücum olub.

Sistan və Bəlucistan vilayəti polisinin informasiya mərkəzindən bildirilib ki, silahlı şəxslər Zahedan şəhərində polis patruluna atəş açıblar.

Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hücumu törədən şəxslər hadisə yerindən qaçıblar. Onların saxlanılması və şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. (apa)


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.