Dəmir yumruq » Dünya » Rubinyandan ŞOK ÇIXIŞ - Qorxun!
Dünya / Bugün, 11:40

Rubinyandan ŞOK ÇIXIŞ - Qorxun!

 

Seçkilər ərəfəsində Ermənistanda sərt ritorika davam edir.

Musavat.com xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan xaricdə yaşayan ermənilərə də şamil olunan seçki rüşvəti ilə bağlı xəbərdarlıq edib.

O bildirib ki, kim səs müqabilində rüşvət alarsa, hətta ölkə xaricində olsa belə, bu barədə xüsusi xidmət orqanları məlumat əldə edəcək və həmin şəxslər Ermənistana daxil olan kimi - o cümlədən Zvartnots hava limanında - dərhal saxlanılacaqlar.

Rubinyan çıxışında bəzi media qurumlarını da sərt tənqid edib. Onun sözlərinə görə, oliqarxlardan maliyyələşən və “satılmış” media onu qorxu yaymaqda ittiham edir:

“Bəli, mən qorxuduram. Rüşvət alanlar da, verənlər də qorxmalıdır. Onlar bilməlidir ki, tutulacaq və həbs olunacaqlar”.

Vitse-spiker keçmiş hakimiyyət dövrünə də toxunaraq bildirib ki, əvvəllər rüşvət halları cəzasız qalırdı, lakin indi vəziyyət dəyişib və belə hallara qarşı sıfır tolerantlıq tətbiq olunur.

O əlavə edib ki, qeyri-qanuni maliyyə alan media qurumları da məsuliyyətdən kənarda qalmayacaq və növbə onlara da çatacaq.

Ruben Rubinyan çıxışını sərt çağırışla yekunlaşdırıb:

“Qorxun!”


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.