Dəmir yumruq » Dünya » Sərnişinlər 2 saat təyyarədə saxlandı
Dünya / 27-04-2026, 11:41

Sərnişinlər 2 saat təyyarədə saxlandı

 

Rusiyada yaşlılar və uşaqlar daxil olmaqla sərnişinlər təxminən 2 saat təyyarədə saxlanıb.

Demiryumruq.az xəbər verir ki, hadisə Moskvadakı Şeremetyevo hava limanında, aprelin 27-ə keçən gecə baş verib.

Moskva–Mahaçqala reysi yerli vaxtla saat 02:00-da qalxmalı idi. Lakin pilot texniki nasazlıq səbəbindən uçuşun gecikdiyini və sərnişinlərin terminala qaytarılacağını bildirib.

Buna baxmayaraq, sərnişinlər təyyarədən endirilməyib və təxminən iki saat ərzində kabinədə gözləməli olublar. Daha sonra uçuş həyata keçirilib.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.